Blue team Mavi komanda

Çin Xalq Respublikasının ABŞ-ın təhlükəsizliyinə qarşı ciddi təhlükə olması fikri əsasında birləşən ABŞ siyasətçiləri və jurnalistləri qrupuna verilən qeyri-rəsmi addır.
Block cipher
Bluejackers
OBASTAN VİKİ
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albomu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Team 60
Team 60 (azərb. Komanda 60‎) İsveç Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1974-cü ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd Saab 105 təyyarəsi istifadə olunur.Təyyarələr tüstü generatorları ilə təchiz olunmuşdur. Əvvəl təyyarələr kamuflyaj rənglərində idi, sonradan təyyarənin alt füzelyajı və qanadları sarı, mavi və boz rənglərdə boyanmışdır. Əvvəllər komanda qeyri-rəsmi olaraq "En sexa Skåne" adlanırdı hansı ki, "6 santilitr Skania Akvaviti" kimi tərcümə olunurdu. Çünki komandanın ilk aviabazası Ljungbyhed, Skaniada yerləşirdi. Həmin ərazilərdə ənənəvi Skandinaviya spirtli içkisi akvavit çox məşhurdur.
Team Sleep
1994-cü İldə qurulmuşdur. Qrup üzvləri Çino Moreno (Deftones'un vokalı, gitara), Todd Wilkinson (gitara), Dj Crook, Zach Hill (Baraban) və Rick Verrett (bass). Team Sleep ilk olaraq Çino Moreno və Todd Wilkinson tərəfindən qurulmuşdur və daha sonra sırasıyla DJ Crook, Zach Hill və Rick Verrett qatılmışdır. Team Sleep - 2005 Soundtreklər "Ataraxia" – 3:17 "Ever (Foreign Flag)" – 2:51 "Your Skull Is Red" – 3:41 "Princeton Review" – 5:09 "Blvd.
Blue Anqels
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Blue Exorcist
Blue Exorcist və ya Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoshisuto, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 yanvar 2024-cı ilə qədər manqa seriyasının fəsilləri 30 tankobon cildində toplanmışdır. Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir. Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanacaq.
Blue Origin
Blue Origin - kosmik araşdırma şirkəti. Amazon.com-un yaradıcısı Ceff Bezos tərəfindən yaradılıb və mərkəzi Vaşinqtonda yerləşir. Şirkətin qarşısına qoyduğu məqsəd kosmosa az xərclə və tam təhlükəsizlik şəxsi səyahət edə bilmək üçün mümkün texnologiyalar yaratmaqdır. Blue Origin şirkəti suborbital və orbital kosmosa çıxış üçün raketlə işləyən şaquli qalxma və şaquli eniş (VTVL) vasitələrinə diqqət yetirməklə müxtəlif texnologiyalar inkişaf etdirir. Şirkətin adı başlanğıc nöqtəsi kimi mavi Yer planetinə istinad edir.[3] Əvvəlcə suborbital kosmos uçuşuna diqqət yetirən şirkət, Texas ştatının Culberson şəhərindəki obyektlərində New Shepard avtomobilinin bir çox prototiplərini dizayn etdi, tikdi və uçurdu. Alan Şepardın adını daşıyan New Shepardın inkişaf test uçuşları 2015-ci ilin aprel ayında başladı və uçuş sınaqları davam edir. Şirkət hələ kommersiya sərnişin uçuşlarına başlamayıb və onların nə vaxt başlayacağı ilə bağlı dəqiq tarix açıqlamayıb.
Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Blue System
Blue System — 1987-ci ildə alman ifaçısı Diter Bolen tərəfindən qurulan Sinti pop qrupudur. == Yaranması == "Blue System" qrupu 1987-ci ildə Modern Talking qrupunun dağılmasından sonra Diter Bolen tərəfindən yaranmışdı. "Blue System" qrupu "Modern Talking" qrupunun uğurlarını təkrar edə bilməmişdi. "Blue System" qrupunun karyera boyu 13 albomu və 30 sinqlı təqdim edilmişdi. Bu qrupun adı ilə Diter Bolen 1989-cu ildə SSRİ-də konsert vermişdir. Konsertdəki görüntülərini "Love Me on the Rocks" mahnısında göstərilir. Mahnıda SSRİ-nin konsert zalındakı tamaşaçıları, onunla görüşmək istəyən pərəstişkarları və SSRİ ordusunun əsgərlərini görmək mümkündür. 1990-cı illərin əvvəlindən etibarən mahnı stilini təmamilə dəyişir. Bu isə fanatlar arasında qrupun populyarlığını aşağı salır. 1997-ci ildə Diter Bolen qərar verir ki, Modern Talking qrupunu yenidən səhnəyə gətirsin.
Deep Blue
11 may 1997-ci ildə IBM şirkətində yaradılmış şahmat superkompüteri olan Deep Blue şahmat üzrə dünya çempionu Harri Kasparov üzərində 3,5–2,5 hesabı ilə qələbə qazanmışdır. "Deep Blue" adı "Deep Thought" layihəsinin adı və IBM-ə verilən "Big Blue" ləqəbinin birləşməsindən götürülmüşdür.Daha sonra IBM-ə keçdi, burada ilk dəfə Deep Thought, sonra 1989-cu ildə yenidən Deep Blue olaraq adlandırıldı. Dünya çempionu Qarri Kasparovla ilk dəfə 1996-cı ildə altı oyunluq bir matçda oynadı və dörd oyunda ikiyə uduzdu. 1997-ci ildə təkmilləşdirildi və altı oyunluq təkrar matçda iki oyunda qalib gələrək üç heç-heçə edərək Kasparovu məğlub etdi. Deep Blue-nun qələbəsi süni intellekt tarixində əlamətdar hadisə hesab olunur və bir neçə kitab və filmin mövzusu olub. Karnegi Mellon Universitetində doktorant olarkən Feng-hsiung Hsu ChipTest adı altında şahmat oynayan superkompüter hazırlamağa başladı. Maşın 1987-ci ildə Şimali Amerika Kompüter Şahmat Çempionatının qalibi oldu və Hsu və komandası 1988-ci ildə Deep Thought adlı bir varisi ilə davam etdi.1989-cu ildə doktorluq dərəcəsini aldıqdan sonra Hsu və Murray Campbell dünya şahmat çempionunu məğlub edə biləcək maşın yaratmaq layihəsini davam etdirmək üçün IBM Research şirkətinə qoşuldular.Onların həmkarı Tomas Anantharaman maliyyə sənayesinə getməzdən əvvəl qısa müddət ərzində IBM-də onlara qoşuldu və onu proqramçı Artur Cozef Hoan əvəz etdi.IBM Research-də uzun müddət çalışan Cerri Brodi sonradan 1990-cı ildə komandaya qoşuldu. 1997-ci ildə Chicago Tribune səhvən Deep Blue-nun United Airlines-a satıldığını bildirdi, bu, onun IBM-in əsas RS6000/SP2 sistemləri ilə fiziki oxşarlığına əsaslanan qarışıqlıqdır.Bu gün Deep Blue-nu təşkil edən iki rəfdən biri daha əvvəl İnformasiya Əsri ilə bağlı eksponatda nümayiş etdirilən Milli Amerika Tarixi Muzeyində saxlanılır.Digər raf isə 1997-ci ildə Kompüter Tarixi Muzeyi tərəfindən alınıb və İnqilab sərgisinin "Süni intellekt və robototexnika" qalereyasında nümayiş etdirilir.Dərin Mavi haqqında bir neçə kitab yazılmışdır, bunlar arasında dərin mavinin arxasında: Deep Blue tərtibçisi Feng-hsiung Hsu tərəfindən Dünya Şahmat Çempionunu məğlub edən kompüterin qurulmasıdı. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Blue Banisters
Blue Banisters — amerikalı müğənni Lana Del Reyin səkkizinci studiya albomu. Əvvəlki albomu Chemtrails over the Country Club buraxıldıqdan yeddi ay sonra, 21 oktyabr 2021-ci ildə Interscope və Polydor Records tərəfindən buraxılıb. Prodüserliyini Zak Daues, Loren Humphrey, Mike Dean, Barrie-James O'Neill, Rick Nowels və başqaları etmişdir. ^[a] əlavə prodüser göstərilib. "Interlude - The Trio" treki Ennio Morrikonenin "Yaxşı, pis, zalım" (1966) filmi üçün bəstələdiyi "The Trio" mahnısının semplidir. "Dealer" mahnısını Mayls Keyn ilə birgə ifa edib.
Blue Stacks
Bluestacks — Mərkəzi Amerikada yerləşən proqram şirkəti. 2009-cu ildə Rosen Sharma tərəfindən qurulmuşdur. Bluestacks App Player proqramı, Windows və Macintosh əməliyyat sistemlərinə sahib kompüterlərdə Android proqramlarını istifadə etmək üçündür. 25 may, 2011-ci ildə Bluestacks şirkəti tərəfindən Citrix Synergy konfrasında rəsmi olaraq tanıdılmışdır. 11 noyabr, 2011-ci ildə proqramın alfa versiyası çıxmışdır. 27 dekabr, 2012-ci ildə isə beta versiyası çıxmışdır.Proqram 7 iyun, 2014-cü ildə tam versiyaya keçmşdir.
Blue Neighbourhood
Blue Neighbourhood — Avstraliya müğənnisi Troy Sivanın(en) debüt studiya albomu. 4 dekabr 2015-ci ildə EMI Music Australia və Capitol Records tərəfindən buraxılıb.
Blue Weekend
Blue Weekend — İngiltərə rok qrupu Wolf Alice(en)-in üçüncü studiya albomu. 4 iyun 2021-ci ildə Dirty Hit tərəfindən buraxılıb.
Azad (komanda)
Azad - Hərbi komanda mənası :başqasından asılı olmayan, sərbəst,maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən deməkdir. Komanda əsasən Farağat komandasından sonra verilir.Komanda hərbi qulluqçular və ya başqa qurumların qulluqçuları özlərin sərbəst hiss etmək üçün verilir. Azad - bu zaman qullquçular əlləri yanda saxlamaq şərti ilə sol ayağı sağ ayaqdan 30 sm kimi sol tərəfə aralı qoyur. Mərasim azad - komandası əsasən adındanda görüldüyü kimi mərasimlərdə verilir.Bu zaman qulluqçular azad komandasında olduğu kimi sol ayağı hərəkət etdirirlər,lakin burada əllər belin arxa tərəfində qoyulur və sağ əlin üzəri sol əlin içinə qoyulmaq şərti ilə.
Cd (komanda)
Cd — bir çox əməliyyat sistemlərində, məsələn, Windows, Linux, Unix və s., cari işlədiyin qovluğu dəyişmək üçün komandadır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Komanda (qəzet)
KomandA qəzeti Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. Qəzetin yaradıcısı Kənan Məstəliyevdir. Qəzetin ilk sayı 2008-ci ilin may ayının 4-də işıq üzü görmüşdü. "KomandA" qəzeti maraqlı müsahibələri, eksklüziv xəbərləri, şərhləri və köşə yazılarıyla əvvəlcə həftədə bir dəfə satışa çıxırdısa, fevral ayından etibarən isə hər həftə iki dəfə oxucularını sevindirir. Qəzet hər həftənin çərşənbə və bazar günləri satışa çıxır. Ölkə və dünya futbolunda baş verən bütün hadisələr, Avropa kubokları, qitə və Dünya Çempionatları kimi mötəbər turnirlər, digər idman növləri haqqında məlumatlar fərqli şərh və üslübda oxucuların diqqətinə çatdırılır. Qəzetin 20-yə yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. Qəzet ölkənin bütün ərazilərinə yayılır. Qəzetin kollektivində çalışacaq əsas imzalar Rəşad Ergün, Kənan Məstəliyev, Natiq Muxtarlı və Pərvin Kazımoğlu təcrübəli idman yazarlarıdır. 13 avqust 2014-cü ildə qəzet bağlanılaraq onlyan şəkildə fəaliyyətinə davam edib.
Komanda dövrü
Komanda dövrü ( ing. instruction cycle ~ ru. командный цикл ~ tr. komut çevrimi) – mikroprosessorun aşağıdakı əməliyyatları yerinə yetirdiyi proses: komandanı yaddaşdan götürür, dekodlaşdırır və icra edir. Komanda dövrü iki hissədən ibarətdir: komandanın yaddaşdan götürülmə zamanı və çalışdırma (translyasiya və icra olunma) zamanı; komanda dövrü bütün əməliyyatların baş verdiyi takların (kompüterin sistem saatının impulslarının) sayı ilə ölçülür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Komanda qəzeti
KomandA qəzeti Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. Qəzetin yaradıcısı Kənan Məstəliyevdir. Qəzetin ilk sayı 2008-ci ilin may ayının 4-də işıq üzü görmüşdü. "KomandA" qəzeti maraqlı müsahibələri, eksklüziv xəbərləri, şərhləri və köşə yazılarıyla əvvəlcə həftədə bir dəfə satışa çıxırdısa, fevral ayından etibarən isə hər həftə iki dəfə oxucularını sevindirir. Qəzet hər həftənin çərşənbə və bazar günləri satışa çıxır. Ölkə və dünya futbolunda baş verən bütün hadisələr, Avropa kubokları, qitə və Dünya Çempionatları kimi mötəbər turnirlər, digər idman növləri haqqında məlumatlar fərqli şərh və üslübda oxucuların diqqətinə çatdırılır. Qəzetin 20-yə yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. Qəzet ölkənin bütün ərazilərinə yayılır. Qəzetin kollektivində çalışacaq əsas imzalar Rəşad Ergün, Kənan Məstəliyev, Natiq Muxtarlı və Pərvin Kazımoğlu təcrübəli idman yazarlarıdır. 13 avqust 2014-cü ildə qəzet bağlanılaraq onlyan şəkildə fəaliyyətinə davam edib.
Qızıl Komanda
Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı. 1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014). 2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi. Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi.
Mavi (Miyanə)
Mavi (fars. ماوي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (32 ailə).
Mavi (dəqiqləşdirmə)
Mavi — rəng. Mavi (mahnı) — Mavi (Əsədabad) — Mavi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mavi (mahnı)